“Real”a 30 milyon avroluq müdafiəçi lazımdır? - SATIŞA ÇIXARDILAR

27 Dekabr 2025 15:40 İspaniya 735
“Real”a 30 milyon avroluq müdafiəçi lazımdır? - SATIŞA ÇIXARDILAR

“Real” heyətini Niderland millisinin müdafiəçisi Natan Ake ilə gücləndirə bilər.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun çıxış etdiyi “Mançester Siti” onu satışa çıxarıb və qiymətini 30 milyon avro olaraq müəyyənləşdirib.

Akenin xidməti müdafiə xəttini gücləndirmək istəyən “kral klubu”na təklif olunub.

Niderlandlı 2020-ci ilin yayından etibarən İngiltərə təmsilçisinin formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Ake cari mövsümdə İngiltərə Premyer Liqasında 7 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"