"Çox xoşbəxtəm, amma bütün bunlar keçmişdə qalıb" - Gələn il üçün gözləntilərini açıqladı

26 Dekabr 2025 18:40 İspaniya 865
"Çox xoşbəxtəm, amma bütün bunlar keçmişdə qalıb" - Gələn il üçün gözləntilərini açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gələn il üçün gözləntilərini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əla hədəflərinin olduğunu söyləyib:

“Bu, mənim, heyət, klub, azarkeşlər üçün təsirli və çox uğurlu bir il oldu. Burada yaşadıqlarım sadəcə inanılmazdır.

Çox xoşbəxtəm. Amma bütün bunlar keçmişdə qalıb, bu mövsümün sonunda uğurlarımızı təkrarlamaq üçün çalışmağa davam etməliyik.

2026-cı il üçün əla hədəflərimiz var. Əvvəlki nailiyyətlərimiz əladır, amma irəliləməliyik. Məhz bunu edəcəyik”.

Kataloniya klubu 2025-ci ildə La Liqa, Kral kuboku və İspaniya superkubokunu qazanıb, həmçinin, uzun müddətdən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Komanda yeni ilin ilk oyununu yanvarın 3-də səfərdə “Espanyol”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"