Braziliyalı hücumçu ilə danışıqlar hələ də nəticə vermir - İpə-sapa yatmır

25 Dekabr 2025 01:40 İspaniya 912
Braziliyalı hücumçu ilə danışıqlar hələ də nəticə vermir - İpə-sapa yatmır

“Real”la Vinisius Junior arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar hələ də nəticə verməyib.

25 yaşlı futbolçunun hazırkı sözləşməsinin müddəti ilyarımdan sonra başa çatacaq və bu vəziyyət mövsüm bitdikdən sonra onun mümkün satışına dair söz-söhbətləri gücləndirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Vinisiusun ətrafı “kral klubu” ilə danışıqlara tələsmədiklərini açıq şəkildə bildirir.

Tərəflər üçün razılaşmanın şərtlərini uzlaşdırmaq asan olmayacaq.

Braziliyalı hücumçuya Səudiyyə Ərəbistanı, eləcə də Avropanın aparıcı çempionatlarının top-klublarının maraq göstərdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"