“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt bilindi

00:00 İspaniya 112
“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt bilindi

“Barselona” çoxdan gözlənilən “Kamp Nou” qayıdışına hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi noyabrın 7-də yenilənmiş arenada açıq məşq keçirməyi planlaşdırır.

Bu tədbir həm azarkeşlər üçün ilk ictimai məşq, həm də stadionun bütün sistemlərinin sınaqdan keçirilməsinə görə nəzərdə tutulub. Klub arenanın infrastrukturunu, eləcə də giriş-çıxış kimi təşkilati işləri yoxlayacaq.

Məşqi 23 min azarkeş izləyə biləcək. Tamaşaçılar yalnız əsas tribunada və stadionun cənub hissəsində yerləşdiriləcək.

Bundan əvvəl şəhər şurası “Barselona”ya “Kamp Nou”da 27 min tamaşaçı ilə oyun keçirməyə icazə vermişdi. Ancaq klub ən azı 47 min azarkeşin stadiona buraxılacağı mərhələni gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI