Yaxın günlərdə baş məşqçi postunu itirə bilər

31 Oktyabr 22:00 İspaniya 152
Yaxın günlərdə baş məşqçi postunu itirə bilər

Patrik Vieyra yaxın günlərdə “Cenoa”dakı baş məşqçi postunu itirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Klub rəhbərliyi komandanın mövsümün əvvəlindəki uğursuz çıxışından ciddi şəkildə narazıdır və fransalı mütəxəssislə yanaşı, idman direktorunu da dəyişməyə hazırlaşır.

Vieyranın “Cenoa” ilə qüvvədə olan müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub. Ancaq ona vaxtından əvvəl xitam verilməsi daha real görünür.

“Cenoa” İtaliya çempionatının 9 turundan sonra cəmi 3 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komanda növbəti oyununu noyabrın 3-də, “Sassuolo”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI