UEFA-ya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır - 4,5 milyard avro tələb edirlər

12:20 İspaniya 187
UEFA-ya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır - 4,5 milyard avro tələb edirlər

“Real” Avropa Super Liqasının təşəbbüskar şirkəti olan “A22 Sports Management” ilə birlikdə UEFA-ya qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Bildirilib ki, “Real Madrid” və “A22” təşkilatı UEFA-nı 4,5 milyard avro məbləğində vurulmuş zərərin ödənilməsini tələb etməklə məhkəməyə verməyə hazırlaşır.

Məlumata görə, Madridin əyalət məhkəməsi daha əvvəl UEFA-nın Super Liqanın başlanması ilə bağlı təqdim etdiyi şikayəti rədd edib.

Bunun ardından layihənin təşəbbüskarlarına UEFA-ya qarşı hüquqi iddia qaldırmaq və vurulan ziyanın əvəzini tələb etmək hüququ verilib.

“Real Madrid” və “A22 Sports Management” şirkətinin hüquqşünasları hazırda iddia sənədləri üzərində işləyirlər.

Xatırladaq ki, 2024-cü ilin mayında Madrid Arbitraj Məhkəməsi Super Liqa təşkilatçılarının iddiasını qismən təmin edərək, UEFA və FIFA-nın “rəqabət əleyhinə davranışlarını dayandırmaq və gələcəkdə bu hərəkətlərin təkrarlanmasının qarşısını almaq” barədə qərar qəbul etmişdi.

Məhkəmə həmçinin bu təşkilatları həmin hərəkətlərin nəticələrini dərhal aradan qaldırmağa məcbur etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...