Mərakeşli hücumçu üçün hərəkətə keçdi - “Barselona”

31 Oktyabr 2025 01:40 İspaniya 745
Mərakeşli hücumçu üçün hərəkətə keçdi - “Barselona”

Portuqaliyanın “Famalikan” klubunun hücumçusu Yassir Zabiri Avropanın top-klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu ilə “Barselona” yaxından maraqlanır və potensial transfer üçün “Famalikan” rəhbərliyi ilə artıq əlaqə saxlayıb.

Bundan başqa, Zabiriyə “Sevilya”, “Portu” və “Benfika” da maraq göstərir.

20 yaşlı forvard cari mövsümdə Portuqaliya çempionatında 3 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!