 
            “Real”ın sabiq futbolçusu Alfonso hesab edir ki, klub Vinisius Junioru satmalı və mərkəz hücumçusu transfer etməlidir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Vinisiusun oyununun özü və komandası üçün faydalı olmadığı qənaətindədir:
“Vinisius mənə inandırıcı görünmür. Bəzi insanlar bunu tənqid edə bilər, amma mən onu satıb mərkəz hücumçusu gətirərdim.
“Real”a bu oyunçu tamamilə lazımdır. Mən Vininin meydandakı obrazını bəyənmirəm.
Bu həm ona, həm də klubuna xeyir gətirmir.
Çox təəssüf edirəm, amma onu satıb, dünyanın ən yaxşı mərkəz hücumçusunu, məsələn, Erlinq Halandı (“Mançester Siti”) transfer edərdim”.
Alfonso vurğulayıb ki, qollara görə klub üçün ən optimal seçim norveçli (Haland) hücumçudur.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            