Lamin Yamalın dedikləri “Barselona”da narahatlıq yaratdı - Ona nəzarət edin!

15:40 İspaniya 164
Lamin Yamalın dedikləri “Barselona”da narahatlıq yaratdı - Ona nəzarət edin!

“Barselona”nın gənc hücumçusu Lamin Yamalın “El Klasiko” qarşılaşmasından öncə “Real Madrid” haqqında səsləndirdiyi kəskin fikirlər müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport.es” portalı məlumat yayıb.

Bildirilib ki, Kataloniya klubu Yamalın bəyanatlarının rəqib komandanın motivasiyasına təsir etdiyini etiraf edib.

Nəşrin məlumatına görə, “Barselona” rəhbərliyi və futbolçunun meneceri Jorje Mendeş bundan sonra Yamalın davranışına daha diqqətlə nəzarət etmək qərarına gəliblər. Məqsəd gələcəkdə oxşar səhvlərin qarşısını almaq və futbolçunun imicini qorumaqdır.

Bundan əlavə, klub daxilində belə məlumat yayılıb ki, “Real” futbolçuları Yamalın açıqlamalarından sonra oyun zamanı ona qarşı daha sərt oynamağa qərar veriblər.

Hazırda “Barselona”nın əsas məqsədi 18 yaşlı futbolçunun optimal fiziki formasını bərpa etmək və onu psixoloji cəhətdən qorumaqdır.

Son “El Klasiko”da “Barselona” “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti