Braziliyalı hücumçu “Real”dan ayrılmaq istəyir - Xahiş etdi ki...

00:00 İspaniya 104
Braziliyalı hücumçu “Real”dan ayrılmaq istəyir - Xahiş etdi ki...

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior gələcəyi ilə bağlı ciddi qərar verməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Cadena Ser” radiosu məlumat yayıb.

Bildirilib ki, futbolçu menecerinə müraciət edərək, əgər baş məşqçi Xabi Alonso onu komandanın əsas oyunçusu kimi görməsə, başqa klub tapmağı xahiş edib.

Məlumata görə, vəziyyət dəyişməzsə, Vinisius “Real”la müqaviləsini uzatmaq niyyətində deyil.

İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə oyunda (2:1) 72-ci dəqiqədə əvəzlənən Vinisius narazılığını Alonsoya qarşı sərgiləyib və birbaşa ehtiyat zonaya yollanıb.

Qısa müddət sonra isə futbolçu ehtiyat oyunçular skamyasına qayıdaraq matçın son dəqiqələrini komanda yoldaşları ilə birlikdə izləyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO