Kapitan sağ dizindən zədə aldı, 2-3 ay meydana çıxa bilməyəcək

10:00 İspaniya 32
Kapitan sağ dizindən zədə aldı, 2-3 ay meydana çıxa bilməyəcək

“Real”ın kapitanı Dani Karvahal ciddi zədə alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, ispaniyalı müdafiəçi sağ dizindən zədə alıb. Buna görə də o, əməliyyat olunacaq.

Futbolçunun 2-3 ay meydana çıxa bilməyəcəyi də deyilir.

Qeyd edək ki, Karvahal La Liqada 10-cu turda “Barselona” ilə matçda (2:1) zədələnib.

Ötən ilin oktyabrında Karvahal çarpaz bağlarından zədələnmişdi. O bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı.

Sentyabrın sonlarında yenidən zədələnən futbolçu 3 həftə oyunlardan kənarda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi