Yamal cəmi 4 xal aldı, oyunun ən pisi seçildi

10:20 İspaniya 96
Yamal cəmi 4 xal aldı, oyunun ən pisi seçildi

Məlum olduğu kimi, İspaniya La Liqasının 10-cu turunun mərkəzi qarşılaşmasında “Real” doğma “Santyaqo Bernabeu” stadionunda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinin oyun sonrası qiymətləndirməsinə əsasən, kataloniyalıların 18 yaşlı hücumçusu Lamin Yamal görüşün ən zəif oyunçusu seçilərək 4 xal alıb.

İngiltərəli ulduz Cud Bellinqem isə 9 xalla oyunun ən yaxşı futbolçusu adını qazanıb.

10 turdan sonra turnir cədvəlinə 27 xalla “Real Madrid” başçılıq edir, 22 xalı olan “Barselona” isə ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi