“Real”ın müdafiəçisi Alvaro Karreras “Barselona”nın hücumçusu Lamin Yamalın driblinq bacarığı ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünən keçirilən “Real” – “Barselona” matçından sonra bunu deyib:
“Yamalı saxlamağa belə, çalışmadım. Baş məşqçimiz ondan daha yaxşı driblinq edir”.
“Real” və “Barselona” arasında oyun “Santyaqo Bernabeu” stadionunda keçirilib. Madrid klubu 2:1 hesabıyla qalib gəlib.

