“Barselona”nın hücumçusu Premyer Liqa klubu ilə müqavilə bağlayacaq?

22 Oktyabr 2025 21:40 İspaniya 735
“Barselona”nın hücumçusu Premyer Liqa klubu ilə müqavilə bağlayacaq?

“Barselona”nın hücumçusu Robert Levandovski İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

37 yaşlı futbolçu ilə “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim maraqlanır. Bildirilir ki, Levandovski artıq “qırmızı şeytanlar”a keçməyə razılıq verib.

“Barselona” polşalı forvardın müqaviləsinin müddətini uzatmağı planlaşdırmır. Onun Kataloniya klubu ilə anlaşması gələn yay başa çatacaq.

Levandovski “Barselona”da 2022-ci ildən çıxış edir. O, cari mövsümdə bütün turnirlər üzrə 9 oyunda meydana çıxaraq, 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti