“Barselona”ya mümkün transferi barədə sualı cavablandırdı: “Mənə zəng etsəydi…”

15:40 İspaniya 159
“Barselona”ya mümkün transferi barədə sualı cavablandırdı: “Mənə zəng etsəydi…”

MLS təmsilçisi “Vankuver Uaytkaps”ın hücumçusu Tomas Müller “Barselona”ya mümkün transferi barədə sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, sabiq baş məşqçisi Hans-Diter Flikin zənginin və layihənin cəlbediciliyinin bu qərarda həlledici ola biləcəyindən danışıb:

“Məni çox yaxşı tanıyan Flik zəng etmiş olsaydı və “Barselona”nın layihəsi xoşuma gəlsəydi, bu variantı təsəvvür edə bilərdim. “Barselona” birinci dərəcəli klubdur və orada səndən nə gözlənildiyini yaxşı bilirsən”.

Müller “Bayern”in yetirməsidir və demək olar ki, bütün karyerasını Münhen klubunda keçirib. Ancaq o, yayda, müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent kimi komandadan ayrılıb.

36 yaşlı futbolçu hazırda MLS-də, “Vankuver Uaytkaps”ın heyətində çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti