“Arda “Real”ın gələcəyidir, bir gün “qızıl top”u qazanacaq”

20 Oktyabr 2025 18:40 İspaniya 1 039
“Arda “Real”ın gələcəyidir, bir gün “qızıl top”u qazanacaq”

“Real”ın baş məşqçisi Xabi Alonso türk yarımmüdafiəçi Arda Gülər barədə müsbət fikirlər səsləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Ardanın “Real”ın gələcəyi olduğunu deyib:

“Leverkuzen “Bayer”ində işlədiyim dövrdə mən Ardanı komandamda görmək istəyirdim, çünki onun çox nadir istedadı var. İndi isə “Real”ı çalışdırarkən onun komandamda oynamasından çox məmnunam.

Arda “Real”ın gələcəyidir və bir gün “qızıl top”u qazanacaq. Onun Kilian Mbappe ilə qarşılıqlı anlaşması hər gün daha da yaxşılaşır”.

20 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti