
“Barselona” ilə müqavilə müddətini uzatdıqdan sonra Frenki de Yonq, klubun çətin vəziyyətinə baxmayaraq, heç vaxt komandadan ayrılmaq fikrində olmadığını bildirib.
Sportnfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi vaxtı ilə klubun onu satmaq istədiyini xatırladıb:
“Mən həmişə “Barselona”da qalmaq istədiyimi açıq demişəm. Həmişə komandadan və burada oynamaqdan razı olmuşam.
Vaxt var idi ki, təzyiqlər daha çox idi və klubda məni satıb pul qazanmaq istəyənlər var idi. O vaxtlar onları başa düşürdüm.
Klub çətin maliyyə dövründən keçirdi və mən transfer siyahısındakı bir oyunçu idim. Bu həmişə belə olub”.
De Yonqun “Barselona” ilə yeni müqaviləsi 2029-cu ilə kimi nəzərdə tutulub.