“Mənim onu idarə etməyə haqqım yoxdur” - Yaxasını kənara çəkdi

20:25 İspaniya 113
“Mənim onu idarə etməyə haqqım yoxdur” - Yaxasını kənara çəkdi

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komanda yoldaşı Lamin Yamalın davranışları ilə bağlı danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, Yamalın həyat tərzinə qarışmağın onun işi olmadığını bildirib:

“Lamin həyatda özünə lazım olanı etməlidir. Mənim onu idarə etməyə və ya harada nahar edəcəyini söyləməyə haqqım yoxdur.

Vəzifəm ona meydanda kömək etməkdir. O, həm məşqlərdə, həm də oyunlarda bunu yaxşı bacarır.

Eyni ruhda davam edərsə, mənim üçün onun meydandan kənarda nə etdiyinin heç bir önəmi yoxdur”.

“Barselona” rəhbərliyi son aylarda Yamalın həyat tərzi ilə bağlı narahatdır və gənc futbolçunun davranışlarını diqqətlə izləyir.

Digər Xəbərlər
Xəbər Lenti