“Mən bunu şərh etməyəcəm, öz gözlərimlə görməyincə inanmaram”

19 Oktyabr 01:30 İspaniya 473
“Mən bunu şərh etməyəcəm, öz gözlərimlə görməyincə inanmaram”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqa rəhbərliyinin “Vilyarreal” – “Barselona” oyununu ABŞ-da keçirmək planlarına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis mətbuat konfransında bunu şərh etməyəcəyini deyib:

“Vilyarreal” – “Barselona” oyunu ABŞ-da? Mən bunu şərh etməyəcəm. Öz gözlərimlə görməyincə inanmaram”.

Dekabrda keçirilməsi nəzərdə tutulan bu qarşılaşmanın Mayamidə baş tutacağı gözlənilir. Ancaq qərar İspaniyada ciddi narazılıq doğurub və hətta futbolçuların da qatıldığı etiraz aksiyası təşkil olunub.

“Atletiko” bu gün doğma meydanda “Osasuna”nı qəbul edəcək. Madridlilər hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu