“Nə olursa olsun, öz üzərimdə işləməyi heç vaxt dayandırmayacam”

15:40 İspaniya 113
“Nə olursa olsun, öz üzərimdə işləməyi heç vaxt dayandırmayacam”

“Barselona”nın futbolçusu Markus Reşford gələcək perspektivləri ilə bağlı növbəti dəfə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ pik həddinə çatmadığını düşünür:

“Yalnız iki variant var: ya təslim olmaq, ya da məqsədlərimə çatmaq üçün sahib olduğum hər şeyi vermək.

Bilirəm ki, ən yüksək səviyyəyə çatmaq üçün çalışmağı heç vaxt dayandırmayacam. Nə olursa olsun, öz üzərimdə işləməyi heç vaxt dayandırmayacam”.

27 yaşlı ingiltərəli futbolçu bu ilin yayında icarə əsasında “Mançester Yunayted”dən “Barselona”ya keçib. O, Kataloniya klubunun heyətində 10 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti