“Bu qərarı sevgilimlə müzakirə etdim” - “Real”ın yarımmüdafiəçisi

10:20 İspaniya 89
“Bu qərarı sevgilimlə müzakirə etdim” - “Real”ın yarımmüdafiəçisi

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos La Liqanın 17-ci turunda “Vilyarreal”la “Barselona” arasındakı matçın ABŞ-da keçirilməsi qərarına münasibət bildirib.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu qərarın La Liqanın işlərinə açıq-aşkar müdaxilə olduğunu deyib:

“Bu qərarı sevgilimlə müzakirə etdim. Məncə, bu qərar La Liqanın işlərinə açıq-aşkar müdaxilədir”.

“Real” hazırda İspaniya çempionatında səkkiz turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. Xabi Alonsonun komandası 2-ci pillədəki “Barselona”nı 2 xal qabaqlayır. İlk üçlüyü isə 16 xalla “Vilyarreal” tamamlayır.

Digər Xəbərlər
Xəbər Lenti