"Hiss edirəm ki, bu komanda mənim üçün idealdır" “Barselona”nın hücumçusu

18 Oktyabr 2025 01:40 İspaniya 923
"Hiss edirəm ki, bu komanda mənim üçün idealdır" “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Markus Reşford Kataloniya klubuna keçidini dəyərləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Barselona”nın ona yeni enerji verdiyini bildirib:

“Barselona” mənə yeni enerji verdi, oyun tərzimə yeniliklər gətirdi və yeni bir ölkəni kəşf etmək imkanı yaratdı.

Mən hiss edirəm ki, bu komanda mənim üçün idealdır. Eyni zamanda, mən də çox şeylə “Barselona”ya kömək edə bilərəm.

Bu, karyeramda əla addımdır və gələcəyə nikbin baxıram”.

27 yaşlı forvard “Barselona”da bütün turnirlərdə 10 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!