
“Barselona” Almaniyanın “Hoffenhaym” klubunda çıxış edən hücumçu Fisnik Aslaninin transferi ilə maraqlanır.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu mövsümün sonunda Robert Levandovskini əvəz edə bilər.
Aslaninin transfer dəyəri 30 milyon avrodan az olacaq. Onun müqaviləsində müəyyən məbləğ qarşılığında transferə icazə verən xüsusi bənd mövcuddur.
Levandovski bu yay 37 yaşını tamamlayıb. Polşalı forvardın “Barselona” ilə müqaviləsinin müddəti gələn il başa çatacaq.
Kosovodan olan Aslani cari mövsümdə Bundesliqada 6 oyunda iştirak edib, 4 qol vurub. Onun “Hoffenhaym”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.