“Onun istədiyi kimi oynamasına icazə verməliyik” - Komanda yoldaşını müdafiə etdi

17 Oktyabr 21:40 İspaniya 341
“Onun istədiyi kimi oynamasına icazə verməliyik” - Komanda yoldaşını müdafiə etdi

“Real”ın yarımmüdafiəçisi Arda Gülər ​​komanda yoldaşı Kilian Mbappeni tənqid etməyi yersiz hesab edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu bunu deyib:

“Mbappeni tənqid etmək? Onun istədiyi kimi oynamasına icazə verməliyik.

Mbappenin istedadı ona azadlıq verir. O, nə etdiyini bilir və niyə “dərin”ə düşdüyünü mükəmməl anlayır. O, “dərin”ə düşəndə ​​mən onun mövqeyini ala bilərəm”.

Fransalı futbolçu mütəmadi olaraq qol vurur, lakin onun oyun tərzi bəzilərini qane etmir. Bəzi insanlar onu performansının tez-tez aşağı düşməsində günahlandırır.

Mbappe bu mövsüm Madrid klubunun heyətində 10 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM