
"Real"da Luka Modriçin gedişindən sonra 10 nömrəli forma üçün iki futbolçu iddialıdır.
Sportinfo.az xəbər verir ki, "Marca"nın məlumatına görə, bu nömrə Kilian Mbappəyə verilə bilər- onun imici və statusu bunu əsaslandırır.
Üstəlik, Mbappe Fransa millisində də məhz 10 nömrəli formanı geyinir. Bununla belə, futbolçunun özü nömrəni dəyişmək üçün heç bir tələb irəli sürməyib. Qərarı klub rəhbərliyi verəcək.
Digər namizəd isə türk yarımmüdafiəçi Arda Gülərdir. O, yeni mövsümdən etibarən 10 nömrəli formanı geyinmək istəyir.
10 nömrəli formanı heç kimə verməmək ehtimalı da var.