
Mark-Andre ter Ştegen çətin dövr keçirir.
Sportinfo.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hansi Flik onu artıq komandanın ilk qapıçısı kimi görmədiyini açıqlayanda almaniyalı ciddi zədəsini təzəcə sağaltmışdı.
Eyni zamanda alman “Barselona”nı tərk etmək fikrində deyil. Bəlkə də hər şey onun şəxsi həyatı, yeni sevgilisi ilə bağlıdır. Ter Ştegenin yeni sevgilisi Sellares ilə tanış olun.
Ter Stegen əslində evlidir. Qapıçı həyat yoldaşı Daniela ilə hələ Münhenqladbax "Borussiya"sında çıxış edərkən tanış olub və cütlük 2017-ci ildə evlənib.
On ildən çox münasibətdən sonra nə baş verdiyi məlum deyil, lakin Mark-Andre artıq yeni sevgisi olduğunu gizlətmir.
İyulun 12-də "Barselona"nın futbolçusu “İnstaqram”da Ona Sellareslə fotosunu yerləşdirib.
"Ad günün mübarək, sevgilim! Gəlin birlikdə macəralardan həzz almağa davam edək. Mən səni sevirəm!" Ter Stegen paylaşıma yazıb.