Premyer Liqa klubu 15 milyon təklif etdi - II Liqanın müdafiəçisi üçün

00:20 İspaniya 86
Premyer Liqa klubu 15 milyon təklif etdi - II Liqanın müdafiəçisi üçün

“Almeriya”nın müdafiəçisi Mark Pubill karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, “Vulverhempton” ispan futbolçunu transfer etmək istəyir. Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Premyer Liqa klubu Pubill üçün “Almeriya”ya 15 milyon avro təklif edib. Klublar arasında anlaşma əldə olunduğu bildirilir.

“Almeriya” Mark Pubilli 2023-cü ilin yayında “Levante”dən transfer edib.

İspaniya U-21 millisinin üzvü ötən mövsüm 2-ci La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda