“Barselona”ya keçidinin bütün detalları bilindi

15:20 İspaniya 255
“Barselona”ya keçidinin bütün detalları bilindi

“Mançester Yunayted”in vingeri Markus Reşford karyerasını “Barselona”da davam etdirə bilər.

Sportinfo.az COPE-yə istinadən xəbər verir ki, tərəflər ingiltərəli futbolçunun 2026-cı ilin iyununa qədər icarəyə verilməsi ilə bağlı razılığa gəliblər.

Müqavilə müddəti bitdikdən sonra Kataloniya klubu onu birdəfəlik transfer etmək hüququna malik olacaq. “Barselona” bu hüquqdan istifadə etməsə, “Mançester Yunayted”ə təxminən 5 milyon avro kompensasiya ödəməli olacaq.

Reşford bu keçid üçün maaşında 30 faiz endirimə razılaşıb. Bununla belə, onun illik gəliri təxminən 14 milyon avro təşkil edəcək.

Alqı-satqı hüququnun aktivləşdirilməsi halında transfer məbləği 30-35 milyon avro civarında olacaq.

27 yaşlı oyunçu “Mançester Yunayted”in yetirməsidir və son mövsümün ikinci yarısını “Aston Villa”da icarədə keçirib. Onun Mançester klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti