
“Barselona” Jül Kunde, Erik Qarsiya və Frenki de Yonqla yeni müqavilələr bağlamaq niyyətindədir.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, kataloniyalılar hazırda adı çəkilən oyunçuların müqavilələrinin müddətini uzatmaq üzərində çalışır.
Hazırkı sözləşmələrdə ispaniyalı müdafiəçi Qarsiya və niderlandlı yarımmüdafiəçi De Yonqun müqaviləsi gələn ilin ortasında başa çatacaq.
Fransalı oyunçunun anlaşması isə 2026/27 mövsümünün sonuna kimi qüvvədədir.
“Barselona” son mövsümdə La Liqanın, İspaniya kubokunun və superkubokun qalibi olub, həmçinin, UEFA Çempionlar Liqasında yarımfinala qədər irəliləyib.