
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos bu yay klubunu dəyişə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubunun yeni baş məşqçisi Xabi Alonsonun planlarında yer almayıb.
“Yuventus”, “Roma” və “Atalanta”, eləcə də, Səudiyyə Ərəbistanı klubları onunla maraqlanır. Amma oyunçu özü yenə də “Betis”ə qayıtmağa üstünlük verir.
Seviliyalılar üçün sövdələşməni başa çatdırmaq asan olmayacaq, lakin artıq danışıqlar gedir.
Sebalyos peşəkar karyerasına “Betis”də başlayıb. 28 yaşlı futbolçu 2017-ci ildə 16,5 milyon avro qarşılığında “Real”a keçib.