Geri qayıtmaq vaxtıdır - Ərəblərə ilk təklifi göndərdilər

21 İyul 2025 12:00 İspaniya 809
Geri qayıtmaq vaxtıdır - Ərəblərə ilk təklifi göndərdilər

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport Səudiyyə Ərəbistanı klubunu tərk etməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun keçmiş komandası “Atletik” onun qayıtmasında maraqlıdır və klub artıq ilk təklifini edib.

Müdafiəçinin Səudiyyə Ərəbistanı klubunun gələcək mövsüm üçün planlarından kənarda olduğu bildirilir.

Laport 2018-ci ilin yanvarında “Atletik”dən ayrılaraq 65 milyon avroya “Mançester Siti”yə keçib. Daha sonra o, 2024-cü ilin avqustunda İngiltərə klubundan “Əl-Nəsr”ə üz tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti