“Barselona”dan ayrılmağa yaxındır - İspaniyalı hücumçu

20 İyul 2025 20:25 İspaniya 596
“Barselona”dan ayrılmağa yaxındır - İspaniyalı hücumçu

“Barselona”nın hücumçusu Pau Viktor klubdan ayrılmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı ilə əməkdaşlığı davam etdirməyi planlaşdırmır..

"mançester Yunayted”in hücumçusu Markus Reşford komandaya qoşulsa, oyunçunun satışı demək olar ki, qaçılmaz olacaq.

İngiltərəli forvard cinahlarda və hücumun ucunda mövqeləri örtməyə qadirdir, ona görə də, Viktor çətin ki, hətta rotasiya oyunçusu roluna da iddia edə bilsin.

“Barselona” demək olar ki, “qırmızı şeytanlar”dan Reşfordu icarəyə götürmək üzrə müqaviləni tamamlayıb. Transfer yaxın günlərdə rəsmən təsdiqlənə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti