
“Real” hücumçusu Rodriqonun gələcəyi ilə bağlı qərarını verib.
Sportinfo.az “Radio Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunu öz təşəbbüsü ilə satmağı planlaşdırmır.
Rodriqonun transferi yalnız onun şəxsi istəyi ilə mümkün ola bilər.
Bununla belə, 24 yaşlı forvardın klubdan ayrılmaq ehtimalı istisna edilmir.
Klubun yeni baş məşqçisi Xabi Alonso Klublararası dünya çempionatında göstərdiyi kimi, hücum xəttində başqa oyunçulara üstünlük verəcək. Bu isə Rodriqonun yeni mövsümdə daha az oynamaq ehtimalını artırır.
“Transfermarkt” portalı Rodriqonun dəyərini 90 milyon avro qiymətləndirir. Mətbuatda yayılan xəbərlərə görə, o, Braziliya millisinin heyətində 2026-cı il dünya çempionatında oynamaq istədiyi üçün daim əsas heyətdə olmaq arzusundadır.