Gələcək karyerası ilə bağlı qərar verdi - “Real”ın qapıçısı

19 İyul 2025 18:40 İspaniya 671
Gələcək karyerası ilə bağlı qərar verdi - “Real”ın qapıçısı

Andrey Lunin karyerasını “Real”da davam etdirmək qərarına gəlib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, 26 yaşlı qolkiperə digər klublardan təkliflər gəlsə də, o, Madrid təmsilçisində qalmağa üstünlük verib.

Lunin həmçinin, başa düşür ki, qarşıdakı mövsümdə çoxlu oyun imkanı qazanmayacaq.

Ukraynalı futbolçu son mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb və 19 top buraxıb.

Komandanın belçikalı əsas qapıçısı Tibo Kurtua “Real”la müqaviləsinin müddətini 2027-ci ilə qədər uzadıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM