“Barselona” tarixinin ən yaxşı 11 futbolçusunu seçdi

22 Fevral 00:00 İspaniya 427
“Barselona” tarixinin ən yaxşı 11 futbolçusunu seçdi

Sportinfo.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi Pau Kubarsi Kataloniya klubunun bütün zamanların ən yaxşı oyunçularından ibarət ideal heyətini açıqlayıb.

18 yaşlı futbolçunun rəmzi komandasında qapıdakı yeri Viktor Valdes, müdafiədə Ronald Kuman, Karles Puyol və Jerar Pike, yarımmüdafiədə Serxio Buskets, Andres İniesta və Xavi Hernandes, hücumda isə Dieqo Maradona, Lionel Messi, Yohan Kroyf və Ronaldinyo tutur.

Kubarsi 2024-cü ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubunun heyətində bütün turnirlərdə 61 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...