Tarixin ən bahalı müdafiəçi transferini gerçəkləşdirməyi planlaşdırır - “Real”

7 Fevral 18:40 İspaniya 517
Tarixin ən bahalı müdafiəçi transferini gerçəkləşdirməyi  planlaşdırır - “Real”

“Real” yay transfer pəncərəsində müdafiənin mərkəzini gücləndirmək niyyətindədir.

Madrid komandası davamlı zədələr səbəbindən müdafiədə ciddi çətinliklər yaşayır, ancaq klub rəhbərliyi qış transfer pəncərəsində bu məsələni həll etməyib.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, “kral klubu” yayda Vilyam Salibanı transfer etməyi planlaşdırır.

“Arsenal”ın müdafiəçisi madridlilər tərəfindən prioritet hədəf kimi müəyyən edilib.

Müqavilənin baş tutacağı təqdirdə, fransalı futbolçunun tarixin ən bahalı müdafiəçisi olacağı gözlənilir. Onun dəyəri 80 milyon avro qiymətləndirilir.

23 yaşlı oyunçunun “Arsenal”la müqaviləsi 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...