"Zarafat edirəm, mən ona dincəlməyə icazə verdim

19 Yanvar 21:15 İspaniya 1 963
"Zarafat edirəm, mən ona dincəlməyə icazə verdim

“Barselona”nın hücumçusu Robert Levandovski kral kuboku çərçivəsində “Betis”lə matçda (5:1) ehtiyat oyunçular skamyasında qalıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, kataloniyalılar üçün uğurlu oyundan sonra jurnalistlər komandanın baş məşqçisi Hans-Diter Flikə polşalı bombardiri meydana buraxmamaq qərarı ilə bağlı sual veriblər:

“Voyçex Şesnı (polşalı qapıçı) oynamayanda Levandovski də oynamır. Zarafat edirəm, mən ona dincəlməyə icazə verdim”.

Levandovski bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib və onun hücumda ön sıradakı yerini Dani Olmo alıb.

“Barselona” şənbə günü səfərdə La Liqa çərçivəsində “Xetafe” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu