“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado komanda yoldaşı Pedrinin çıxışından məmnunluğunu bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Pedrinin dünya səviyyəli oyunçu olduğunu bildirib:
“Pedri dünya səviyyəli oyunçudur. Problemim olanda həmişə topu ona verirəm. Onun yanında oynamaq uğurun qarantıdır”.
“Barselona” Çempionlar Liqasında səfərdə Dortmund “Borussiya”sına qalib gəlib (3:2).
21 yaşlı Kasado cari mövsümdə Hans-Diter Flikin komandasında 20 matçda iştirak edib, 5 məhsuldar ötürmə verib.
Pedri isə 23 oyunda 3 qol vurub və eyni sayda məhsuldar ötürməsi var.