“Mən bu klubun prezidenti olmaq istərdim, Olduqca realistəm, məhdudiyyətlərimi bilirəm”

13 Oktyabr 2024 16:55 İspaniya 2 698
“Mən bu klubun prezidenti olmaq istərdim, Olduqca realistəm, məhdudiyyətlərimi bilirəm”

İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirdikdən sonra arzusunu dilə gətirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Real” klubunun prezidenti olmaq istədiyini açıqlayıb.

“Bu gün düşündüklərimi sabah düşünməyə də bilərdim. Həyatda çoxlu dönüşlər var.

Bəli, mən “Real Madrid”in prezidenti olmaq istərdim. Ancaq hazırda ən yaxşı prezident bizim komandamızdadır.

Mən olduqca realistəm, məhdudiyyətlərimi bilirəm”, - deyə Nadal qeyd edib.

Rafael Nadal bu vaxta qədər 92 titul qazanıb. O, 209 həftə dünya reytinqinə başçılıq edib.

38 yaşlı peşəkar tennisçi noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək “Devis Kuboku”nun finalından sonra karyerasını bitirəcəyini açıqlayıb. Bu onun vida turniri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş