“Furies Roja”nın qapıçısı Arnau Tenasın başına maraqlı hadisə gəlib.
Sportinfo.az xəbər verir ki, hadisə Paris Olimpiadasında kişi futbolçular arasında finalda Fransanı məğlub edərək, Olimpiya çempionu olan İspaniya millisi evə qayıdan zaman baş verib.
Belə ki, Arnau Tenas havalimanında “X-ray” cihazından keçərkən siqnalizasiya işə düşüb. 23 yaşlı qolkiper bundan sonra geyiminin altından qızıl medalını çıxararaq nümayişkaranə şəkildə fransızlara göstərib.
"La Masiya”nın yetirməsi olan Tenas hazırda məhz Fransanın PSJ klubunun formasını geyinir.