PSJ-nin iki təklifini rədd etdi – “Real”ın braziliyalı hücumçusu

27 İyul 2024 21:40 İspaniya 668
PSJ-nin iki təklifini rədd etdi – “Real”ın braziliyalı hücumçusu

“Real”ın hücumçusu Rodriqo PSJ-dən gələn iki təklifi rədd edib.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, parislilər Kilian Mbappenin yerinə almaq istəsələr də, braziliyalı hücumçu bundan imtina edib.

Rodriqo “kral klubu”nda qalmaq və start heyətində yer almaq üçün mübarizə aparmaq qərarına gəlib.

Bundan qabaq “Real” hücum xəttini Kilian Mbappe və Endriklə gücləndirmişdi.

23 yaşlı forvard 2019-cu ilin yayından “Real”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin yayında başa çatır. Onun transfer dəyəri 110 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu