COP29

“Barselona”nın hücumçusunu istəyir - Portuqaliya klubu

18 İyun 22:05 İspaniya 1 020
“Barselona”nın hücumçusunu istəyir - Portuqaliya klubu

“Barselona”nın hücumçusu Vitor Roke klubu tərk edə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Portu” 19 yaşlı braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Rokenin potensial transferi 30 milyon avro olaraq qiymətləndirilir. O, bu ilin yanvarında “Barselona”ya keçsə də, komandada möhkəmlənə bilməyib.

Onun klubla müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.

Braziliyalı hücumçu İspaniya çempionatının ötən mövsümündə 14 oyunda cəmi 2 qolla yada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?