
“Barselona” yeni mövsüm üçün transfer çalışmalarına start verib.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin hədəfində beş futbolçu var.
La Liqa nəhəngi “Arsenal”dan Qabriel Martinelli, “Brayton”dan Kaoru Mitima, “Napoli”dən Xviça Kvaratsxeliya, “Everton”dan Amadu Onana və “Jirona”dan Aleş Qarsiyanın xidmətində maraqlıdır.
“Barselona” yayda bu beş futbolçudan ən azı üçünü transfer etmək niyyətindədir.
İspaniya klubunda transferlərlə birlikdə komandadan bir neçə oyunçunun ayrılacağı da gözlənilir.