Vəzifəsindən istefa verdi - Yenidən prezident seçilmək üçün

23 Noyabr 2023 01:40 İspaniya 552
Vəzifəsindən istefa verdi - Yenidən prezident seçilmək üçün

İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, o, seçkilərdə yenidən prezident seçilmək üçün bu addımı atıb.

Tebasın istefası ilə 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkilərinin bu il təşkil olunacağı gözlənilir.

2013-cü ildən İspaniya La Liqasının prezidenti olan Xavyerin 4-cü dəfə yeganə namizəd kimi prezident seçiləcəyi iddia edilir.

Seçkilərin gələn il keçiriləcək İspaniya Futbol Federasiyası seçkiləri ilə ziddiyyət təşkil etməməsi üçün bu üsuldan istifadə edildiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var