
“Real”ın yarımmüdafiəçisi Luka Modriç qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, “İnter Mayami” 38 yaşlı futbolçuya qışda təklif göndərməyi planlaşdırır.
Daha əvvəl bildirilirdi ki, Modriç özü mövsümü “Real”da bitirmək niyyətindədir. Lakin o, daha çox oyun vaxtı əldə etmək üçün fikrini dəyişib.
Xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən “kral klubu”nda çıxış edir.
Modriç ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 51 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.