“Barselona” Kataloniyada istədiyini etdi - VİDEO

17 Sentyabr 01:40 İspaniya 493
“Barselona” Kataloniyada istədiyini etdi - VİDEO

Son İspaniya çempionu “Barselona” La Liqanın V turunu darmadağınla başa vurub.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu öz meydanında “Betis”ə beş cavabsız qolla qalib gəlib.

25-ci dəqiqədə Joau Feliks hesabı açıb. Yeddi dəqiqə sonra Robert Levandovski fərqi iki topa çatdırıb.

62-ci dəqiqədə Ferran Torres, dörd dəqiqə sonra Rafinya fərqləniblər. 81-ci dəqiqədə isə Joau Kanselu hesabı “Betis” üçün biabırçı həddə çatdırıb və matçda son nöqtəni qoyub.

Qələbə “Barselona”nı ən azı bir günlük liderliyə yüksəldib. Xavinin komandasının 13 xalı var. “Betis” yeddi xalla doqquzuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."