“Real”ın müdafiəçisi Xesus Valyexo iş yerini dəyişib.
Sportinfo.az xəbər verir ki, o, icarə əsasında “Qranada”ya keçib. Valyexo Əndəlüs təmsilçisində bir mövsüm çıxış edəcək.
Valyexo karyerası ərzində “Saraqosa”, “Ayntraxt”, “Vulverhempton”da (hamısında icarə əsasında) da forma geyinib.
O, İspaniya çempionatının başa çatan mövsümündə “kral klubu”nun heyətində bir oyuna çıxıb.
“Qranada” 2023/24 mövsümündən etibarən İspaniya La Liqasında mübarizə aparacaq. Onlar mövsümün ilk matçında – 14 avqustda “Atletiko” ilə qarşılaşacaqlar.

