Yeqor Boqomolski Rəşad Sadıqovun yeni mövsümlə bağlı planlarına daxil deyil.
26 yaşlı hücumçunun performansı Sadıqovu qane etmir.
Bu barədə Belarusdan olan legionerə məlumat verilib.
Qalır tərəflərin razılıq əldə etməsi.
Çünki forvardın 2027-ci ilin yayına qədər müqaviləsi var.
Ən pis halda onun icarəyə verilməsi planlaşdırılır.
Boqomolski 2025-ci ildən "Zirə"nin şərəfini qoruyur.
Ötən mövsümün ikinci yarısını icarə əsasında Rusiya "Ural"ında keçirib.
Yay fasiləsində geri qayıdan oyunçu Konfrans Liqasında meydana çıxdığı 3 oyunda heç nə ilə yadda qalmayıb. Yekun qərarda məhz bu məqam əsas rol oynayıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
