Argentinalı hücumçunun transferi müzakirə olunur - “Barselona”da

21 Avqust 01:50 İspaniya 546
Argentinalı hücumçunun transferi müzakirə olunur - “Barselona”da

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Barselona”nın hücumçu mövqeyi üzrə qısa siyahısında yer alır.

Bildirilir ki, Lautaronun namizədliyi klub daxilində müzakirə və təhlil olunub. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, keçid sentyabrın 1-də bağlanacaq transfer pəncərəsinədək reallaşa bilər.

“Barselona”nın “9 nömrə” mövqeyi üçün qısa siyahısında 2-3 futbolçu var.

Daha əvvəl Martinesin “Barselona”nın “Atletiko”nun hücumçusu Xulian Alvareslə bağlı danışıqlarının uğursuz nəticələnəcəyi təqdirdə, alternativ variant olduğu bildirilmişdi.

Məlumata görə, “İnter” argentinalı forvardı təxminən 120 milyon avroya satmağa hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM