Dörd milyon avro təzminat ödədilər, gürcünü transfer etdilər

12:20 İspaniya 171
Dörd milyon avro təzminat ödədilər, gürcünü transfer etdilər

Sevilya” heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Sportinq”dən Giorgi Koçoraşvilini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sevilya” gürcüstanlı yarımmüdafiəçi üçün Portuqaliya klubuna 4 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

“Sportinq” Giorgi Koçoraşvilini 2025-ci ilin yayında “Levante”dən 5,5 milyon avroya transfer etmişdi.

Gürcüstan millisinin üzvü Lissabon nəhənginin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!